“Sabah”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında XVII tur davam edir. Bu gün daha bir matç baş tutub.
“Sabah” “Araz-Naxçıvan”ın qonağı olub. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib. Coy Lens Mikels komandasına qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, tura dekabrın 16-da yekun vurulacaq.