“Sabah”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında XIII tur davam edir. İkinci oyun gününə Qubada start verilib.
“İmişli” “Sabah”ı qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. Matçda hesabı meydan sahibləri açsa da, VAR qolu qeydə almayıb. İkinci yarıda “Sabah” üstünlüyü ələ alıb. Amin Seydiyev hesabı açıb. Çox keçmədən Stiv Solvet fərqlənib. Matçın sonlarında isə Kahim Parris oyunda yekun nəticəni müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












