“Sabah”dan qollu heç-heçə
“Sabah” yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununa çıxıb. Azərbaycan kubokunun qalibi Rumıniya çempionatını 6-cı pillədə başa vurmuş “Rapid” ilə yoxlama oyununda iki dəfə hesabda geri düşsə də, məğlubiyyətdən xilas ola bilib.
“Sabah”ın heyətində 34-cü dəqiqədə Coy-Lens Mikels və 72-ci dəqiqədə Xəyal Əliyev fərqləniblər – 2:2.
Matç Avstriyadakı məşq toplanışı çərçivəsində baş tutub.