“Sabah”dan növbəti transfer

“Sabah”dan növbəti transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi özbəkistanlı dayaq yarımmüdafiəçisi Umarali Raxmonaliyevu heyətinə qatıb.

21 yaşlı futbolçunun keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında Bakı təmsilçisinin uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir. “Sabah”ın yayda onu 350 min avroya transfer etmək hüququ olacaq.

Umarali karyerası ərzində “Rubin”dən başqa, Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.

Qeyd edək ki, Rahmonaliyevi cari mövsümdə Rusiya Premyer Liqası 2, kubokunda isə 5 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın matçının hakimləri açıqlanıb

Növbəti yazı

Fonseka “Lion”da