“Sabah”dan növbəti transfer
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın “Rieka” (2018-2023), həmçinin icarə əsasında bu ölkənin “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib. Futbolçu Xorvatiya millisinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.
Qeyd edək ki, İvan komandada 13 nömrəli formada çıxış edəcək.