“Sabah”dan növbəti qələbə

“Sabah”dan növbəti qələbə

“Sabah” BK yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib. Komanda yerli “Qarqjday” klubunu 96:92 hesabı ilə məğlub edib.

Bakılılar bundan əvvəl də “Nevezis” (102:82) və “Yuventus” (90:83) üzərində qələbə qazanıb. Komandanın məğlubiyyətləri də olub: Klub “Neptunas”a (88:98), həmçinin “Jalgiris”ə 58:75 hesabı ilə uduzub.

Ümumilikdə, “Sabah” Litva toplanışında yeni mövsümə hazırlığın mühüm tərkib hissəsinə çevriləcək altı yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”dan minimalhesablı qalibiyyət

Növbəti yazı

Alonsodan tarixi uğur