“Sabah”dan növbəti 3 xal
Azərbaycan Premyer Liqasında XVIII tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Zirə” “Sabah”ı qəbul edib. Turnir cədvəlinin lideri bu görüşdə də inamlı təsir bağışlayıb. Komanda Velko Simiçlə hesabı açıb. Daha sonra İvan Lepinitsa fərqi iki topa çatdırıb. Çox keçmədən Xəyal Əliyev “bayquşlar”ın üçüncü qolunu vurub. Meydan sahiblərinin gücü isə yalnız təsəlli topuna çatıb. Davit Volkov fərqlənib – 1:3.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












