”Sabah”dan kəskin etiraz

”Sabah”dan kəskin etiraz

“Sabah” hakimlərin yanlış qərarları səbəbindən bu mövsüm 4 xal itirdiyini düşünür. Bu barədə klub sosial media hesabında paylaşımlar edib.

Bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunun “Araz Naxçıvan”a qarşı görüşündə “Sabah” 2 xal itirib (2:2). Naxçıvan təmsilçisi bərabərlik qolunu 90+9-cu dəqiqədə vurub. “Sabah” klubu hesab edir ki, qol vurulmazdan əvvəl əslində rəqib oyunçu qaydanı pozsa da, baş hakim Rəşad Əhmədov “Araz Naxçıvan”ın lehinə qərar verib. Bu hücum zamanı onlar hesabı bərabərləşdirib və “Sabah” 2 xal itirib.

Paytaxt klubunun daha bir etirazı isə 6-cı turda “Sumqayıt”la oyunla bağlıdır. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi həmin matç 1:1 hesabı ilə yekunlaşıb. “Sabah” hesab edir ki, bu matçda isə onların təmiz qolu qeydə alınmayıb.

Klubunun fikrincə, hakim səhvlərinə görə, komanda bu 2 turda 4 xal itirib.

ETOPAZ

Əvvəlki yazı

“Abşeron Lions”dan ev qalibiyyəti

Növbəti yazı

“Bavariya” “Milan”ın rekordunu təkrarladı