“Sabah”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib. Bu gün bir matç keçirilib.
“Sabah” “Şamaxı”nı qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb. İqor Noqeyra fərqlənib. Lakin çox keçmədən qonaqlar Leroy Mikelslə bərabərlik topunu vurub.
Noqeyra ikinci hissədə dublunu rəsmiləşdirib. Son dəqiqələrdə isə Pavol Safranko yekun nəticəni müəyyənləşdirib – 3:1.












