“Sabah”dan inamlı qələbə

“Sabah”dan inamlı qələbə

Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib. Bu gün ilk oyunlar çərçivəsində bir matç baş tutub.

Yeganə qarşılaşma Bakı İdman Sarayında keçirilib. Son çempion “Sabah” “Şəki”ni sınağa çəkib. İlk dəqiqələrdən üstünlüyü ələ alan Bakı klubu yarımfinal seriyasına inamlı qələbə ilə başlayıb.

Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq digər matçında “Neftçi” ilə “Abşeron” üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
Yarımfinal, ilk oyun
26 iyun

14:00. “Sabah” – “Şəki” – 86:73 (20:14, 25:20, 23:19, 18:20)
Bakı İdman Sarayı

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.04.2025

Növbəti yazı

“Çelsi”də ayrılıq