“Sabah”dan inamlı qələbə
Azərbaycan Basketbol Liqasında XIV tur davam edir. Dördüncü oyun günündə bir matç baş tutub.
Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. A qrupunun görüşündə son çempion “Sabah” autsayder NTD ilə üz-üzə gələcək. Oyun yaxşı başlayan Rimas Kurtinaytisin komandası 3 dövrənin sonunda böyük üstünlük qazanıb. Bundan sonra bir az arxayınlaşan “Sabah” rəqib komandanı fərqi 11 xaladək azaltmaq imkanı verib. Komanda qələbə sayəsində yenidən 1-ci pilləni ələ keçirib.
Azərbaycan Basketbol Liqası
XIV tur
7 fevral
A qrupu
19:00. “Sabah” – NTD – 96:85 (24:16, 29:20, 25:20, 18:29)
“Sərhədçi” İdman Mərkəzi