Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
“Sabah”dan ikinci qələbə
Azərbaycan Premyer Liqasında II tur başlayıb. Turun ilk günündə bir matç baş tutub.
İlk oyun həftəsini qələbə ilə başa vuran “Zirə” və “Sabah” “Dalğa Arena”da üz-üzə gəlib. Qonaqlar Abdulaye Banın erkən qolu ilə hesabı açıb. Ardınca Coy-Lens Mikels fərqi artırıb.
Qəsəbə təmsilçisi Sərtan Taşkının qolu ilə ümidlənib. Amma fasilədən sonra fərqlənən Namik Ələskərov komandasının üçüncü qolunu vurub. Beləliklə, “Sabah” 3:1 hesablı qələbə ilə liderliyini möhkəmlədib.
Qeyd edək ki, tura avqustun 14-də yekun vurulacaq.