“Sabah”dan ikinci qələbə, “Sumqayıt” seriyaya son qoydu

“Sabah”dan ikinci qələbə, “Sumqayıt” seriyaya son qoydu

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Turun ikinci günündə 2 matç keçirilib. “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Məhsuldar keçən görüşdə 4 qol vurulub.

Paytaxt təmsilçisi ardıcıl ikinci matçda 3 qol vuraraq qalib gəlib – 3:1. Bakılıların heyətində Coy-Lens Mikels 20-ci, Fofana Tiemoko 39-cu, Aleksey İsayev 63-cü dəqiqədə fərqlənib. İlk ev məğlubiyyətini alan “Qəbələ”nin təsəlli qoluna 69-cu dəqiqədə penaltidən İsnik Alimi imza atıb.

Günə Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı komandası “Səbail”i iki cavabsız qolla məğlub edib. Rəhim Sadıxov 38-ci, Səid Rza 74-cü dəqiqədə qol sevinci yaşayıb. Bununla da “Sumqayıt”ın 6 matçlıq qələbə həsrəti başa çatıb.

Xatırladaq ki, növbəti turun oyunları noyabrın 6-7-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Yekun turnirinin mükafat fondu dəqiqləşdi

Növbəti yazı

Vlahoviç Luka Toninin rekordunu keçdi