“Sabah”dan ev qalibiyyəti
Azərbaycan Premyer Liqasında V tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Sabah” “Turan Tovuz”u qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunda hesabı meydan sahibləri açıb. Velko Simiç fərqlənib. Görüşün son dəqiqlərində isə Pavol Şafranko matçda yekun nəticəni müəyyənləşdirib. O, penaltini dəqiq yerinə yetirib – 2:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












