“Sabah”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında 25-ci tur davam edir. Turun ikinci günü “Sabah” – “Kəpəz” matçı ilə yekunlaşıb.
Mükafatlar uğrunda mübarizə aparan meydan sahibləri uğursuzluq zolağından çıxa bilib. Bakılılar ardıcıl üç qələbəsiz oyundan sonra meydanı 3 xalla tərk edib.
Paytaxt təmsilçisi oyunun əvvəllərində qırmızı vərəqə alaraq azlıqda qalan Gəncə təmsilçisini 2 qolla üstələyib. Aleksey İsayev birinci, Anatoli Nuriyev ikinci hissədə fərqlənib – 2:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
1 | Qarabağ | 24 | 19 | 5 | 0 | 58-14 | 62 |
2 | Sabah | 25 | 17 | 5 | 3 | 53-18 | 56 |
3 | Neftçi | 24 | 15 | 4 | 5 | 42-22 | 49 |
4 | Zirə | 25 | 10 | 6 | 9 | 29-33 | 36 |
5 | Qəbələ | 24 | 8 | 8 | 8 | 28-28 | 32 |
6 | Turan Tovuz | 24 | 7 | 5 | 12 | 19-29 | 26 |
7 | Sumqayıt | 25 | 5 | 6 | 14 | 17-40 | 21 |
8 | Kəpəz | 25 | 4 | 8 | 13 | 24-46 | 20 |
9 | Şamaxı | 25 | 4 | 8 | 13 | 23-40 | 20 |
10 | Səbail | 25 | 4 | 5 | 16 | 19-42 | 17 |
Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 16 qol, Ramil Şeydayev (“Qarabağ”) – 15 qol, Coy Lens Mikels (“Sabah”) – 12 qol, Emin Mahmudov (“Neftçi”) – 11 qol, Aleksey Kaşuk (“Sabah”) – 10 qol