“Sabah”dan ev qələbəsi

“Sabah”dan ev qələbəsi

Azərbaycan Premyer Liqasında XIV tur davam edir. Bu gün daha bir matç keçirilib.

“Sabah” “Neftçi”ni qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Hesab ikinci yarıda açılıb. Akim Zedadka fərqlənib. Çox keçmədən Coy Lens Mikels adını tabloya yazdırıb – 2:0.

Bu nəticə ilə “Sabah” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda “Qarabağ”dan 2 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” – “Turan Tovuz” matçının taleyi bəlli oldu

Növbəti yazı

“Real”da ciddi itki