“Sabah”dan darmadağın
“Sabah” bu gün ikinci yoxlama oyununa çıxıb. “Bayquşlar” Masazırda I Liqa təmsilçisi “Mingəçevir”lə qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən görüş saat 15:30-da başlayıb. Oyun “Sabah”ın 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qəsəbə təmsilçisi bundan əvvəlki yoxlama matçında “Şamaxı”nı 2:0 hesabı ilə məğlub etmişdi.












