“Sabah”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub. Təxirə salınan matçda ”Sumqayıt” ”Sabah”ı qəbul edib.
Görüş qonaqların üstünlüyü ilə başlayıb. ”Bayquşlar” ilk hissədə 3 qol vurub. İkinci yarı da eyni ssenari ilə keçib. ”Sabah” daha bir dəfə fərqlənərək 4:0 hesablı qələbə qazanıb.