“Sabah”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında VIII tur davam edir. Son oyun gününə Masazırda start verilib.
“Sabah” “Zirə”ni qəbul edib. Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Aron Maluda hesabı açıb. Çox keçmədən Velko Simiç fərqi iki topa çatdırıb. O, ikinci hissədə dubla imza atıb. Görüş “bayquşlar”ın böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0.
Qeyd edək ki, tura “Neftçi” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.












