“Sabah”dan böyükhesablı qələbə

“Sabah”dan böyükhesablı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib. “Sabah”la “Xəzri” ikinci duelə çıxıb.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutub. İlk görüşdə uduzan çempion revanş ala bilib.

Üç qələbəyə qədər davam edən seriyanın növbəti matçı mayın 22-də keçiriləcək.

Qeyd edək ki, çempionatda bürünc medalları NTD-İNDİQO qazanıb.

Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
19 may
“Xəzri” – “Sabah” – 63:94 (13:24, 16:22, 17:29, 17:19)

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”dan taleyüklü qələbə

Növbəti yazı

“Neftçi” “50”yə çatdı