“Sabah”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XVI turun son oyun günü start götürüb. Günün ilk matçında Bakı klubları üz-üzə gəlib.
“Sabah” öz meydanında “Səbail”lə görüşüb. Paytaxt derbisinin taleyi artıq ilk 45 dəqiqədə həll olunub.
Sofian Çakla erkən qolla “Sabah”ı hesabda önə çıxarıb. Hissənin ortalarında legioner ikinci dəfə fərqlənib. Cesse Sekidika isə fərqi üç topa çatdırıb.
İkinci hissədə də üstün oyun göstərən meydan sahibləri daha bir qol vurublar. Vinsent Til qol sevinci yaşayıb – 4:0.
Qeyd edək ki, tura “Neftçi” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq.