“Sabah”dan əzmkar qələbə
Azərbaycan Premyer Liqasında X turun ikinci gününə yekun vurulub. “Sabah” öz meydanında “Sumqayıt”la qarşılaşıb.
Görüşdə hesabı qonaqlar açıblar. İssa Suliman meydan sahiblərinin qapısına yol tapıb.
Murad Musayevin yetirmələri yalnız ikinci hissədə oyunda dönüş yaradıb. Öncə Con İrrasabal, matçın sonlarında Namik Ələskərov və Davit Volkov qol sevinci yaşayıblar.
Bununla da Bakı klubu 3:1 hesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.