“Sabah”dan əzmkar qələbə

“Sabah”dan əzmkar qələbə

Azərbaycan Premyer Liqasında IV turun son oyun günü start götürüb. Günün ilk matçı “Bank Respublika Arena”da baş tutub.

“Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüşdə hesabı qonaqlar açıblar. Fernando da Silva qol sevinci yaşayıb.

Paytaxt təmsilçisi matçda dönüş yaratmağa nail olub. İlk yarıda Namik Ələskərov bərabərlik qoluna imza atıb.

Fasilədən sonra Pavol Safranko və Cesse Sekidika qonaqların qapısına yol tapıb. Bununla da “Sabah” 3:1 hesablı əzmkar qələbə qazanıb.

Qeyd edək ki, tura “Zirə” – “Şamaxı” qarşılaşması ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Vinisius “Real”ı tərk edir

Növbəti yazı

Günün kuponu – 26.08.2024