“Sabah”dan əzmkar 3 xal
Azərbaycan Premyer Liqasında XXII tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Sabah” “Turan Tovuz”u qəbul edib. Görüşə qonaqlar fəal başlayıb. Aleks Souza hesabı açıb. Ardınca braziliyalı daha bir qol vursa da, hakim bunu qeydə almayıb.
İkinci yarı fərqli ssenaridə keçib. “Sabah” öncə Pavol Şafrankonun penaltidən dəqiq olması ilə hesabı bərabərləşdirib. Ardınca Cessi Sekidika komandasına qələbə qazandıran topu vurub – 2:1.
Qeyd edək ki, tura fevralın 11-də yekun vurulacaq.