“Sabah”da yeni müqavilə

“Sabah”da yeni müqavilə

“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yeni müqaviləni rəsmiləşdirib.  Bunu klubun mətbuat xidməti açıqlayıb. 

29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.

Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində komandamızda 105 oyun keçirib və 12 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Amrabata ciddi müştəri

Növbəti yazı

Pokatilovun taleyinə aydınlıq gəldi