“Sabah”da yeni basketbolçu

“Sabah”da yeni basketbolçu

“Sabah” ABŞ-dən olan basketbolçu ilə heyətini gücləndirib. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hücumçu Justin Tillmanla müqavilə imzalanıb. O, qarşıdakı iki mövsümdə komandanın formasını geyinəcək.

Qeyd edək ki, təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

İniqo Martinez “Əl-Nəsr”də

Növbəti yazı

“Real”ın yetirməsi “Qəbələ”də