“Sabah”da 40-cı qol

“Sabah”da 40-cı qol

Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub. 30 yaşlı almaniyalı legionerin yubileyi Azərbaycan Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə təsadüf edib. O, komandasının bərabərlik qolunun müəllifi olub.

Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan ev qələbəsi

Növbəti yazı

Tarixdə 5-ci dəfə