“Sabah”a 8 mümkün rəqib

“Sabah”a 8 mümkün rəqib

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin iştirakçıları müəyyənləşib. “Sabah”ın turnirdəki potensial rəqibləri bəlli olub.

Bakı klubu püşkatma mərasimində səpələnməmişlər sırasında yer alacaq.

Paytaxt təmsilçisinin potensial rəqibləri “Şaxtyor” (Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Çelye” (Sloveniya) və “Spartak” (Slovakiya) klublarıdır.

Qeyd edək ki, püşkatma iyunun 17-də, oyunlar isə iyulun 10-17-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Bürünc sahibini tapdı

Növbəti yazı

Minifutbol millimiz dünya çempionu oldu