“Sabah”, “Zirə” və “Sumqayıt” avrokuboklarda
Azərbaycan Premyer Liqasında 36-cı tura start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub.
“Neftçi” “Sabah”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.
“Sumqayıt” “Qəbələ” ilə qarşılaşıb. “Gənclik şəhəri” təmsilçisi minimalhesablı qələbə qazanıb.
“Zirə” isə “Səbail”i sınağa çəkib. “Qartallar” qalib gəlməyi bacarıb – 1:0.
Bununla da, “Zirə”, “Sabah” və “Sumqayıt” avrokuboklara vəsiqə qazanıb.