”Sabah” xal fərqini 4-ə yüksəltdi

”Sabah” xal fərqini 4-ə yüksəltdi

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. Turun son matçı Masazırda keçirilib.

”Sabah” “Karvan-Yevlax”ı qəbul edib. Görüş liderin üstünlüyü ilə keçib. İlk hissədə Aaron Maluda dubl müəllifi olub. Çox keçmədən Umarali Raxmonaliyev fərqlənib.

İkinci yarıda daha iki qol vurulub. Öncə Olavale Doyeni fərqi 2 topa endirib. Lakin matçın sonlarında Velko Simiç yekun hesabı müəyyənləşdirib – 4:1.

Qeyd edək ki, “Sabah” 40 xalla turnir cədvəlinə rəhbərlik edir. Komanda “Qarabağ”ı 4 xal qabaqlayır.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”dan minimalhesablı qələbə

Növbəti yazı

“Qalatasaray”dan yeni transfer