“Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri bəlli oldu

“Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri bəlli oldu

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

“Sabah” I qrupun səpələnməmişləri arasında qərarlaşıb. Komandamız “Levski” səddini adlayarsa, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” isə IV qrupun səpələnmişləri arasında yer alıb. Təmsilçimiz PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də olacaq. “Sabah” ilk oyunu evdə, “Araz-Naxçıvan” isə səfərdə keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” üçün eyni cüt

Növbəti yazı

“Bayer”də yeni müqavilə