”Sabah” Tovuzdan 3 xalla qayıdır

”Sabah” Tovuzdan 3 xalla qayıdır

Azərbaycan Premyer Liqasında XV tur davam edir. Bu gün daha bir matç keçirilib.

“Turan Tovuz” “Sabah”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk hissədə açılıb. Coy Lens Mikels fərqlənib. İkinci yarıda Velko Simiç adını tabloya yazdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev “Sabah”ın üçüncü qolunu vurub. Meydan sahiblərinin gücü isə yalnız təsəlli topuna çatıb. Filip Ozobiç oyunda yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”dan əzmkar qələbə

Növbəti yazı

Yuri Vernidub: “Neftçi”yə yalnız çempionluq yaraşır”