“Sabah” – “Şamaxı” matçının vaxtı bəlli oldu

“Sabah” – “Şamaxı” matçının vaxtı bəlli oldu

“Sabah”ın qış təlim-məşq toplanışı çərçivəsindəki ilk oyununun vaxtı və yeri dəqiqləşib. Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxtda hazırlıq keçən “Sabah” “Şamaxı” ilə yoxlama oyunu keçirəcək. Matç yanvarın 12-də baş tutacaq. Qarşılaşma saat 15:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, matçda azarkeşlər üçün stadiona giriş sərbəst olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”in futbolçusu məşqlərə başladı

Növbəti yazı

Günün kuponu – 09.01.2025