Sabah Şəriəti bürünc medal görüşündə

Sabah Şəriəti bürünc medal görüşündə

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Turnirin güləş yarışlarına start verilib.

İlk gündə yunan-Roma güləşçiləri xalçaya çıxıblar. Azərbaycan millisinin iki pəhləvanı da Olimpiadada mübarizəyə başlayıb. Onlardan Sabah Şəriəti yarımfinala kimi irəliləsə də, bu mərhələdə məğlub olub.

O, mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız estoniyalı Heiki Nabi ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb. O, 1/4 finalda Alımxan Sızdıkovla (Qazaxıstan) güləşib. Sabah bu dueldən də qalib ayrılıb – 4:0. Milli üzvü finala gedən yolda Mixain Lopeslə (Kuba) üzü-üzə gəlib. Qarşılaşma titullu rəqibin qələbəsi ilə bitib. Kubalı 4:1 hesabı ilə qalib gəlib. Şəriəti bir gün sonra 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.08.2024

Növbəti yazı

İspaniya finalda rəqibini gözləyir