“Sabah” səfərdən qələbə ilə dönür

“Sabah” səfərdən qələbə ilə dönür

Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları keçirilir. Bu gün daha bir təmsilçimiz ilk matçına çıxıb.

“Sabah” Hayfa “Makkabi”si ilə qarşılaşıb. Görüş “bayquşlar”ın üstünlüyü ilə keçib. Oyunda hesabı bakılılar açıb. Pavol Safranko debüt oyununda fərqlənib. Ardından Cesse Sekidika adını tabloya yazdırıb. Matçda son nöqtəni isə Xəyal Əliyev qoyub – 3:0.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən böyükhesablı qələbə

Növbəti yazı

Azərbaycan Slovakiyanı arxada qoydu