“Sabah” Raxmonaliyevi heyətində saxladı

“Sabah” Raxmonaliyevi heyətində saxladı

“Sabah” klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

“Bayquşlar”ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

22 yaşlı yarımmüdafiəçi ilə yeni, 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvarından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Rüfət Abdullazadə “Zirə”də

Növbəti yazı

Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək