“Sabah” Qubadan qalib qayıdır

“Sabah” Qubadan qalib qayıdır

Azərbaycan Kubokunda mübarizə davam edir. Bu gün 1/8 final mərhələsinin daha bir matçı keçirilib.

”İmişli” “Sabah”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Hesab ikinci yarıda açılıb. Coy Lens Mikels fərqlənib. Lakin oyunun sonlarında İbrahim Əliyev hesabı bərabərləşdirib. Duelin qalibi əlavə vaxtda müəyyənləşib. Kahim Parrisin vurduğu qol “Sabah”ı növbəti mərhələyə yüksəldib – 1:0.

Qeyd edək ki, “bayquşlar”ın 1/4 finaldakı rəqibi “Qəbələ” – “Şəfa” matçının qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

”Şamaxı” 1/4 finalda

Növbəti yazı

Günün kuponu – 04.12.2025