“Sabah” Qazaxıstanda çempion oldu

“Sabah” Qazaxıstanda çempion oldu

Qazaxıstanın Konayev şəhərində keçirilən “Qonaev City Cup” beynəlxalq futbol turnirinə yekun vurulub. “Sabah”ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli “Ceyran” klubunu böyük hesabla məğlub edib – 9:0.

İlqar Mənsimovun baş məşqçisi olduğu Bakı təmsilçisi final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

“Qonaev City Cup”
Yarımfinal

Ceyran – Sabah – 0:9

Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.

Final
Sabah – OSDYŞ Konayev – 9:0
Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın rəsmiləri Türkiyə idman nazirinin müavini ilə görüşüblər

Növbəti yazı

UEFA-dan “Qarabağ”a ödəniş