“Sabah” “Qarabağ”ı məğlub etdi
Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub. “Sabah” “Qarabağ”ı qəbul edib.
Görüş qarşılıqlı hücumlarla keçib. Matçda qollar ikinci yarıda vurulub. Coy Lens Mikels 4 dəqiqəyə dubl edib. Ağdamlıların gücü isə yalnız təsəlli qoluna çatıb. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib – 1:2.