“Sabah” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

“Sabah” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub. “Bank Respublika Arena”da keçiriləcək matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Ona bu işdə Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor vəzifəsini Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” oyunu dekabrın 18-də, saat 19:30-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 18.12.2025

Növbəti yazı

“Turan Tovuz” liderliyini davam etdirir