“Sabah” penaltilərdə sevindi

“Sabah” penaltilərdə sevindi

Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir. Bu gün daha bir matç baş tutub.

“Turan Tovuz” “Sabah”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı meydan sahibləri açıb. Aleks Souza fərqlənib. İlk hissənin sonlarında Con İrasabal hesabda tarazlıq yaradıb. İkinci yarıda qapılara qol vurulmadığından matçda əlavə vaxt oynanılıb. Otto Con komandasını hesabda önə keçirsə də, Neqoş Kupuşoviç “Sabah”ı oyuna qaytarıb.

Penaltilər seriyasında isə qonaqlar daha dəqiq olub. 3:1 hesablı qələbə qazanan “bayquşlar” 1/4 finala yüksəlib.

“Sabah”ın buradakı rəqibi “Sumqayıt” – MOİK görüşünün qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan” növbəti mərhələdə

Növbəti yazı

“Əl Hilal”dan Neymar qərarı