“Sabah” “Neftçi”ni məğlub etdi
Azərbaycan Basketbol Liqasında 2025/26 mövsümünə start verilib. İlk matçda son çempion “Sabah” “Neftçi” ilə qarşılaşıb.
Birinci period “Neftçi”nin xeyrinə başa çatıb 23:17. Sonrakı iki dördlükldə isə “Sabah” üstün olub (23:11, 20:11). Sonuncu hissədə rəqib 30:26 hesabı ilə üstün gəlsə də, yekun nəticə “Sabah”ın xeyrinə olub – 86:75.
Qeyd edək ki, ilk tura oktyabrın 2-də yekun vurulacaq.












