“Sabah” “Neftçi”ni məğlub etdi
Azərbaycan Premyer Liqasında XXXVI tur davam edir. Bu gün daha bir matç keçirilib.
”Neftçi” “Sabah”ın qonağı olub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İkinci hissənin startında Sofian Çakla qırmızı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, Cesse Sekidika komandasını hesabda önə çıxarıb. Çox keçmədən Edvin Kuç meydandan kənarlaşdırılıb. Tərəflərin səyləri özünü doğrultmayıb və görüş bu nəticə ilə yekunlaşıb – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.