“Sabah”, “Neftçi” və ”Qəbələ”nin rəqibləri bəlli oldu
Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Mərasimdə Azərbaycan klublarının rəqibləri də bəlli olub.
“Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bakılılar ilk oyunu səfərdə keçirəcək.
“Sabah”ın rəqibi “Makedoniya” (Makedoniya) – RFS (Latviya) cütünün qalibi olacaq. Bakı klubunun avrokuboklarda debütü səfərdə gerçəkləşəcək.
“Qəbələ” isə “Omoniya” ilə qarşılaşacaq. Təmsilçimiz mübarizəyə evdə start verəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.