“Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bəlli oldu
Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə təmsilçilərimiz “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bəlli olub.
2-ci təsnifat mərhələsində “Jelezniçar”la (Bosniya və Herseqovina) üz-üzə gələcək “Neftçi” turu keçsə, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bakılılar 3-cü təsnifat mərhələsində oynasa, ilk matçı səfərdə keçirəcək.
“Omoniya” (Kipr) ilə qarşılaşacaq “Qəbələ”nin mümkün rəqibi “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibi olub. Təmsilçimiz mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.
RFŞ-ə (Latviya) rəqib olan “Sabah” mərhələ adlasa, “Partizan”la (Serbiya) görüşəcək. Paytaxt təmsilçisi növbəti mərhələni evdə başlaya bilər.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də təşkil olunacaq. Bunadək keçiriləcək 2-ci təsnifat mərhələsinin matçları iyulun 27-də və avqustun 3-də baş tutacaq.