“Sabah” mübarizəni dayandırdı
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. “Sabah” “Partizan”la qarşılaşıb.
Görüş serbiyalıların üstünlüyü ilə başlayıb. Bu, özünü ilk hissənin sonlarında göstərib. Sabiq “Neftçi”li Mateus Saldanya fərqlənib. “Partizan” ikinci hissədə daha bir qol vurub. Bundan sonra “Sabah” hücumlarını artırsa da, 90 dəqiqədə başqa qol olmayıb. İlk görüş də bu hesabla yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Lakin burda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə serblər daha üstün olub – 5:4.
Beləliklə, “Sabah” avrokuboklarda debüt mövsümündə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırıb.