“Sabah” mübarizəni dayandırdı
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Bayquşlar” “Bazel”lə qarşılaşıb.
Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyununda da isveçrəlilər 2:1 hesabı ilə üstün olublar. “Sabah”ın heyətində yeganə qolu 89-cu dəqiqədə Anar Hüseynov vurub.
Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, cavab oyunu
6 noyabr
18:00. “Sabah” – “Bazel” (İsveçrə) – 1:2
Qollar: Anar Hüseynov, 89 – Eliah Cordan, 37. Aqon Reçhay, 85
Baş hakim: Rustam Omarov (Qazaxıstan)
Bakı. “ASCO Arena”
İlk oyun – 0:6