“Sabah” Maludanı heyətində saxladı

“Sabah” Maludanı heyətində saxladı

“Sabah” klubu futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib. Bu barədə Bakı təmsilçisi məlumat yayıb.

20 yaşlı vingerin icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Maluda ilə yeni, 4 illik sözləşmə bağlanıb.

Fransalı oyunçu ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”də ayrılıq

Növbəti yazı

“Turan Tovuz”un oyunu ləğv olundu