“Sabah” “Makkabi” səddini adladı!
Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulur. Bu gün raundun cavab oyunları keçirilir.
“Sabah” “Makkabi”ni qəbul edib. İlk matçda 3:0 hesablı qələbə qazanan “bayquşlar” görüşə passiv başlayıb. Görüşdə hesabı qonaqlar açıb. Lakin təmsilçimiz Pavol Şafrankonun qolu ilə bərabərliyə nail olub. İkinci hissədə yenidən hesabda geri düşən “Sabah” Kahim Parrislə oyunu bərabərləşdirib. Ardınca komandamız ardıcıl üç top buraxıb. Bununla da, görüş əlavə vaxta gedib. Burada hesabı Coy Lens Mikels açsa da, qonaqlar yenidən fərqlənib. Penaltilər seriyasında daha dəqiq olan “Sabah” növbəti mərhələyə yüksəlib – 3:2.