“Sabah” liderliyə yüksəldi

“Sabah” liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış matç keçirilib. Görüş Masazırda baş tutub.

”Sabah” “Qarabağ”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçda hesabı qonaqlar açıb. Leandro Andrade fərqlənib.

Meydan sahibləri ikinci hissədə oyunun ssenarisini dəyişib. Coy Lens Mikels hesabı bərabərləşdirib. Görüşün sonlarında Aaron Maluda komandasına qələbə qazandıran topu vurub – 2:1.

Qeyd edək ki, xallarının sayını 34-ə çatdıran “Sabah” liderliyə yüksəlib. Komanda “Qarabağ”ı 1 xal qabaqlayır.

ETOPAZ

Əvvəlki yazı

“Finalissima”nın tarixi bəlli oldu

Növbəti yazı

Günün kuponu – 19.12.2025